Sağlamlıq

Sarı işığın vərəm xəstəliyinə möcüzəvi təsiri

9 Mart 2024 18:30
Baxış: 519
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyalı tədqiqatçılar müəyyən ediblər ki, dalğa uzunluğu 565 nanometr olan sarı işığın yanıb-sönməsi vərəm çöpünün antibiotiklərə davamlı koloniyalarını məhv etmək üçün istifadə edilə bilər.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə Rusiya Elm Fondunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, təcrübələr sübut edib ki, təklif olunan yanaşmanın effektivliyi 99,99%-ə çatır. Bu, sözügedən üsuldan klinik praktikada həm insan ağciyərlərində vərəmin qeyri-aktiv ocaqlarını, həm də çoxlu dərmanlara davamlı vərəmin törədicisini məhv etmək üçün istifadə etməyə imkan verir.

Alimlər vərəmin törədicisi olan Kox çöpünün, eləcə də ona oxşar digər bakteriyaların bir növ "qış yuxusu"na necə düşdüyünü öyrənmək üçün aparılan təcrübənin bir hissəsi kimi belə qənaətə gəliblər. "Qış yuxusu"nda mikroblar xüsusilə dərmanların təsirinə davamlı olurlar, buna görə də onlar insan bədənində oyanmadan onilliklər ərzində mövcud ola və infeksiyaya səbəb ola bilərlər.

Rusiyalı alimlər müəyyən ediblər ki, bu vəziyyətdə olan mikrobları sarı işıq mənbəyi və delta-aminolevulin turşusunun birləşməsindən istifadə etməklə məhv etmək olar. Bu maddənin Kox çöpünün hüceyrələrinə daxil olması çoxlu sayda porfirinlərin, piqment molekullarının əmələ gəlməsinə səbəb olur ki, bu onlar da sarı işığı aktiv şəkildə udur.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.