Sağlamlıq

Bu məhsulla bağlı ŞOK XƏBƏRDARLIQ - Təhlükəli imiş

1 Fevral 2024 23:00
Baxış: 1 311
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin məşhur diyetoloqu Cemre Balkan gündəlik həyatımızda yeməklərdə çox istifadə etdiyimiz acı bibərin faydalarından bəhs edib. 

Milli.Az musavat.com-a istinadən xəbər verir ki, həkimin sözlərinə görə, acı bibər tərkibindəki vitamin və minerallarla orqanizmi xəstəliklərə qarşı qoruyur.

Tərkibindəki kapsaisin komponenti bibərə acı dad verir və ağrıları aradan qaldırmaqda təsirlidir, tərkibi C, E vitamini və A provitamini, həmçinin kalium, fosfor, dəmir, sink və selen ilə zəngindir.

Həkim xəbərdarlıq edib ki, həddindən artıq bibər istehlakı mənfi nəticələrə səbəb ola bilər:

"Bir çox qidada olduğu kimi acı bibərin də həddindən artıq istehlakının zərərləri var. Hemoroid, xora, qastrit və digər mədə problemləri olan və ya mədə əməliyyatı keçirmiş şəxslər üçün istehlak təhlükəli ola bilər. Eyni zamanda, həddindən artıq istehlak asılılığa səbəb ola bilər. Acı bibərin həddindən artıq istehlakının istəksizlik və halsızlıq kimi əlamətlərə səbəb olduğu qənaətinə də gəlinib. Unudulmamalıdır ki, acı bibər əsaslı qida əlavəsi və ya kremdən istifadə edəcəyiniz zaman mütləq həkimə və ya diyetoloqa müraciət etmək lazımdır".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.