Sağlamlıq

Qablaşdırma materiallarının zərərlərindən necə qorunmaq olar? - FOTO

13 Yanvar 2024 10:02
Baxış: 616
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçılara qida məhsullarının qablaşdırıldığı materialların mümkün zərərlərinə məruz qalmamaq üçün şüşə, saxsı, taxta qablardan və ya kağız torbalardan istifadə etmək tövsiyə edir.

Milli.Az bildirir ki, bu, qurumun yaydığı məlumatda öz əksini tapıb.

Qeyd edilib ki, soyuduculardakı yeməklərin saxlandığı qabların üstünün neylonla deyil, qapaqla bağlanması arzuolunandır. Eyni zamanda qidaları, xüsusilə meyvə və tərəvəzləri plastik qablarda saxlamamaq, sobada bişirilən yeməklərin üstünü folqa ilə örtməmək, şüşə və ya çini (farfor) qablardan istifadə etmək məsləhət görülür. 

Qeyd edək ki, istehsal, emal, qablaşdırılma, daşınma, saxlanma və istehlak zamanı istifadə edilən qabların qida məhsulları ilə birbaşa təmasda olan, yəni qidaya toxunan hissəsi "qida ilə təmas edən material" adlandırılır. Qida ilə təmas edən istənilən material isə insan sağlamlığına mənfi təsir edə biləcək kimyəvi maddələri qida məhsuluna buraxmamalıdır. Bunun üçün də müvafiq qablaşdırma materialları mütləq texniki normativ aktlarla müəyyənləşdirilən tələblərə cavab verməlidir.  

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.