Sağlamlıq

Qarında ağrılar ürəyin xəstəliyindən xəbər verir

3 Yanvar 2024 00:30
Baxış: 954
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ürək xəstəliklərində qarının yuxarı hissəsində ağrı ola bilər.

Milli.Az medicina.az-a istinadən xəbər verir ki, kardioloq Mariya Zebelina xəstə ürəyin az bilinən əlamətlərini açıqlayıb.

"Ürək xəstəliyi heç də həmişə çoxunun bildiyi kimi təngnəfəslik və sinədə ağrı deyil.

Ürək patologiyalarının bir əlaməti baş ağrısıdır. Bu zaman ağrı gicgahda olur. Bu həm də təzyiqin simptomu ola bilər, ona görə təzyiqi ölçmək lazımdır.

Eləcə də ürək xəstəliyində baş hərlənmə, bayılma ola bilər. Daha çox aritmiyalarda belə hallar olur.
Ürəyə bağlı ağrını çox vaxt mədə ağrısı ilə səhv salırlar.

Bəzən ürək ağrısı sinirlərlə bütün qarına yayıla bilər.

Zamanla yaşlandıqca bəzi insanlar göz qapaqlarında ət xala bənzər dəri düyünləri görürlər. Bunlar ksantoma adlanır. Belə xallar da ürək-damar sisteminin sağlam olmadığının işarəsidir.

Düyünlərin səbəbi qanda çox miqdarda xolesterin artımıdır.

Ona görə də qarın və mədəsində ağrılar olanlar birinci ürək-damarlarını yoxlatsın, sonra digər orqanları".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.