Sağlamlıq

Aspirin şiş və metastazların qarşısını alır?

9 Dekabr 2023 03:30
Baxış: 788
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qan durulaşdırıcı aspirin xərçəng üzrə elmi araşdırmaların diqqətini cəlb edib.

Milli.Az "Medicina"a istinadən xəbər verir ki, Uels universiteti alimləri 1 milyona yaxın xərçəng xəstəsini əhatə edən yüzdən çox araşdırmanın nəticələrini təhlil ediblər.

Sübut olunub ki, müntəzəm olaraq, hər gün aşağı dozada aspirin qəbulu xərçəng və digər səbəblərdən ölüm hallarının təxminən 20% azalması ilə əlaqələndirilir.
Sadə aspirin xərçəng müalicəsi zamanı damar fəsadlarının riskini azalda bilər, şiş metastazlarının yayılmasının qarşısını alır.

1968-ci ildə aspirinin onkologiyanın müalicəsində faydalı ola biləcəyi ilk dəfə müəyyən edilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.