Sağlamlıq

Mədəaltı vəzi xərçəngini daha dəqiq aşkarlayan test hazırlandı

25 Noyabr 2023 07:56
Baxış: 681
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çin, ABŞ və Çexiyadan olan alimlər kompüter tomoqrafiyasından istifadə edərək, mədəaltı vəzi kanallarının adenokarsinomasının erkən aşkarlanması üçün dərin araşdırmaya əsaslanan metod hazırlayıblar.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə tədqiqatın nəticələri "Nature Medicine" jurnalında dərc edilib.

Mədəaltı vəzi xərçəngi gec aşkar edildikdə pasiyentlərin əksəriyyəti təxminən bir il yarım yaşayırlar. Buna görə də, yeni araşdırma aparan elm adamları kontrastsız KT müayinəsi ilə mədəaltı vəzi xərçəngini aşkar etmək üçün PANDA metodunu təqdim ediblər. Testlər PANDA-nın xərçəngin aşkarlanmasında təsirli olduğunu, spesifikliyi və həssaslığı ilə rentgenoloqları müvafiq olaraq, 6,3 faiz və 34,1 faiz üstələdiyini nümayiş etdirib. Metod süni intellektə əsaslanaraq hazırlanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.