Sağlamlıq

Bu tərəvəzin şərabı arıqlamağa kömək edir

14 Noyabr 2023 23:00
Baxış: 1 103
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyada arıqlamağa kömək edən şərab icad edilib.  

Milli.Az oxu.az-a istinadən bildirir ki, unikal içkinin istehsalı üçün Rusiya Biotexnoloji Universitetinin alimləri hazır şərab materialını əsas olaraq götürüblər. Şərabın "Eurotium cristatum" göbələyi ilə fermentasiya olunması və bioloji əlavələrlə zənginləşdirilməsi sayəsində içki əlavə faydalı xüsusiyyətlər qazanıb.

Bu şərabın diabetə meylli insanlarda mədəaltı vəzinin vəziyyətini yaxşılaşdırdığı bildirilib. Şərabın həmçinin immuniteti gücləndirdiyi və ən əsası, artıq çəkisi olan insanlara arıqlamağa kömək etdiyi qeyd olunub.

Belə ki, içkidə istifadə edilən göbələk metabolik proseslərə təsir gücü sayəsində orqanizmdə yağların yandırılmasını sürətləndirir.

Üstəlik, bu şərabın adi şərabdan demək olar ki, heç bir fərqi yoxdur, öz kəskinliyini, ətrini və dadını saxlayıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.