Sağlamlıq

Uşağınız kobuddursa, beynini yoxladın

10 Noyabr 2023 00:45
Baxış: 861
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yeniyetmələrin səbəbsiz göstərdiyi kobudluq beyni yoxlamaq üçün səbəb ola bilər. Çünki, bu hərəkətlər qeyri - sağlam hərəkətlərdir və yaşla, keçid dövrü ilə əlaqəli deyil.

Əgər yeniyetmə kobudluq edirsə, böyüklərə hörmətsizlik edirsə, bu davranışın səbəblərini psixoloq, müəllim və həkimlərin köməyi ilə aydınlaşdırmaq lazımdır.

Milli.Az medicina.az-a istinadən xəbər verir ki, зsixoloq Vladimir Skavışın sözlərinə görə, yeniyetmələrin kobudluq nümayiş etdirməsi, yaşlı insanlara, mədəni ənənələrə hörmətsizlik psixopatik və ya deviant davranış kimi qiymətləndirilə bilər.

"Bu hallarda beynin müayinəsi də daxil olmaqla, bəzi müayinələr aparmaq lazımdır.
Psixi xəstəliklərin yeniyetməlik dövründə, keçid çağında özünü büruzə verməsi adi haldır. Bu zaman ikopatik təzahürlər baş verə bilər, qeyri-adekvat, antisosial hərəkətlər edilir.
Mərkəzi sinir sistemində patologiya aşkar edilərsə, müalicə və psixoterapiya yalnız problemli yeniyetmənin anarxik davranışının öhdəsindən gəlməyə kömək edəcəkdir.
Gözlənilməz və təhlükəli nəticələrin qarşısını almaq üçün belə hallara göz yummamaq lazımdır".

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.