Sağlamlıq

Yaxşı sabunu necə seçək? - Dermatoloqdan məsləhət

3 Noyabr 2023 03:04
Baxış: 881
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sabun seçərkən nəyə daha çox diqqət etməli olduğumuz barədə rusiyalı dermatoloq və kosmetoloq Natalya Rudıka danışıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, sabunun tərkibi nə qədər təbii olsa, bir o qədər yaxşıdır.

"Sabunun tərkibində sintetik səthi-aktiv maddələr, polietilen qlikollar, trietanolaminlər, sintetik boyalar, ətirlər və aromatizatorlar olmamalıdır", - deyə mütəxəssis bildirib.

"Təbii sabun bitki yağlarının yağ turşularının duzlarıdır. Buna görə də, onun güclü ətri və rəngi olmayacaq. Yuyucu vasitənin tərkibində dərman bitkiləri, gil, minerallar, müalicəvi palçıq və ətir üçün efir yağları da olsa, yaxşıdır", - deyə Rudıka vurğulayıb.

Dermatoloq onu da əlavə edib ki, bərk sabun maye sabundan daha təhlükəsizdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.