Hadisə

16 yaşlı İgidin ölümünə görə dayısı cəzalandırıldı

8 Yanvar 2026 21:41
Baxış: 643
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ötən ilin sentyabrında Astarada baş vermiş ağır yol qəzası ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Çayoba kəndində qeydə alınmış hadisəyə görə 1991-ci il təvəllüdlü sürücü Aslan Qasımova hökm oxunub.

Bildirilib ki, o, hadisə baş verən gün 16 yaşlı bacısı oğlu İgidlə birgə toy məclisini tərk edərək idarə etdiyi "VAZ-2107" markalı minik avtomobili ilə evə qayıdırmış.

Bu zaman avtomobil idarəetmədən çıxaraq yol kənarındakı su kanalına aşıb. Zərbənin təsirindən yeniyetmə maşının ön şüşəsindən çıxaraq yola düşüb və aldığı xəsarətlərdən vəfat edib.

Məhkəmədə mərhumun anası qardaşından şikayətçi olmadığını bildirib.

Astara Rayon Məhkəməsinin hökmü ilə sürücü Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib. Ona 1 il 6 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası verilib. Cəzanın məntəqə tipli müəssisədə çəkilməsi qeyd edilib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.