Dünya

Moskvaya uçan təyyarə qəza siqnalı verdi - Eniş edə bilmir - VİDEO

8 Yanvar 2026 19:24
Baxış: 1 608
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Utair" aviaşirkətinə məxsus Dubaydan Moskvaya uçan təyyarə uçuş zamanı fövqəladə vəziyyət siqnalı ("7700") verib.

Milli.Az unikal-a istinadən xəbər verir ki, məlumata görə, Boeing 767-224 tipli təyyarə təxminən bir saat əvvəl Əl-Məktum hava limanından havaya qalxıb və saat 21:15-də Moskvanın Vnukovo hava limanına enməli idi.

İlkin məlumatlara əsasən, qeyri-standart vəziyyət qalxışdan dərhal sonra yaranıb.

Hazırda təyyarə yanacağı boşaltmaq üçün şəhər üzərində dövrələr edir və indiyədək 10-dan çox dövrə vurub.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.