İqtisadiyyat

Gürcüstan Azərbaycan benzininin Ermənistana tranziti üçün ödəniş alacaq

8 Yanvar 2026 20:52
Baxış: 793
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gürcüstan Azərbaycan benzininin Ermənistana sayca ikinci tranziti üçün ödəniş alacaq.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu "Mega Trade" şirkətinin direktoru Karen Ayriyan bildirib. Onun sözlərinə görə, ikinci tranzitdə Azərbaycandan "Premium" və "Regular" benzin idxal olunacaq.

"Tranzit üçün ödəniş benzinin qiymətinə ciddi təsir göstərməyəcək, qiymətə əsas təsiri valyuta dalğalanmaları və dünya bazar qiymətləri göstərir", - o, bildirib.

Məlumat üçün bildirək ki, Azərbaycan yanacağının Ermənistana əsas idxalçıları "Mega Trade" və "Shisha World" şirkətləridir.

Qeyd edək ki, Azərbaycan yanacağının Ermənistana ilk tranziti üçün Gürcüstan tranzit haqqı almamışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.