Sağlamlıq

Yarpaqların tökülməsi insan sağlamlığına TƏHLÜKƏLİDİR

31 Oktyabr 2023 22:47
Baxış: 764
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Cənubi Karolina Universitetinin alimləri payızda ağacdan tökülən yarpaqların sağlamlıq üçün zərərli olduğunu açıqlayıblar.

Milli.Az lent.az-a istinadən bildirir ki,  mütəxəssislər şotland şamı, thuja, sidr, ağcaqayın, qırmızı ağcaqayın və digər ağacların yarpaqlarını təhlil ediblər. Məlum olub ki, nümunələrdə BPFR səviyyəsi bütün dövr ərzində artıb. Mütəxəssislər yarpaqların tərkibindəki maddələrin sağlamlığa birbaşa təhlükə yaratmadığını açıqlayıb. Bununla belə, yarpaqlar çürüdükcə, BPFR-lər torpağa udula və sonra küləklər tərəfindən səpələnə bilər ki, bu da insan sağlamlığı və ətraf mühit üçün potensial təhlükələr yaradır.

Sərbəst radikallar sağlam hüceyrələrə zərər verə bilən qeyri-sabit molekullardır. Bu hissəciklər təbii maddələr mübadiləsi zamanı orqanizmdə yaranır, qida və hava ilə də daxil ola bilir. Sərbəst radikallar yaşlanma və bir çox xəstəliklərlə əlaqələndirilir, çünki onlar oksidləşdirici stressi təşviq edirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.