Sağlamlıq

Təzyiqiniz düşəndə bunları edin

21 Oktyabr 2023 21:30
Baxış: 814
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hipotoniya, yəni aşağı qan təzyiqi hipertoniya ilə eyni təhlükəli vəziyyətdir. Arterial təzyiqin 90/60-dan aşağı düşməsi hipotoniya hesab olunur.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Rusiyalı kardioloq və terapevt Valeriya Txorikova bu vəziyyətin nə qədər təhlükəli olduğu və niyə yarandığı barədə danışıb.

Mütəxəssisin fikrincə, hipotoniya huşunu itirmə, sürətli nəbz və tənəffüs, mavi rəngə malik soyuq dəri ilə müşayiət oluna bilər.

Txorikova izah edib ki, təzyiqi düşən xəstəni üfüqi vəziyyətdə qoymaq və ayaqlarını qaldırmaq lazımdır. Bundan başqa, təmiz hava axınını təmin etmək və təcili yardım çağırmaq gərəkdir.

Mütəxəssis bu xəstələrə daha çox duz və maye qəbul etmək, şaquli vəziyyətə kəskin keçiddən qaçmaq, istidə uzun müddət qalmamağı tövsiyə edib.

"Təzyiqiniz aşağı düşübsə, iki stəkan su içmək, ayaqlarınızı qaldırıb uzanmaq, duzlu bir şey yemək və ya tərkibində kofein olan içki - çay, qəhvə və ya kola içmək lazımdır", - deyə Txorikova yekunlaşdırıb.

Həkim bildirib ki, qan təzyiqini nəzarət altında saxlamaq lazımdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.