Sağlamlıq

Düyünü faydasını itirmədən bişirək - DİYETOLOQ MƏSLƏHƏTİ

18 Oktyabr 2023 08:53
Baxış: 2 531
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyalı terapevt, diyetoloq, tibb elmləri doktoru Marqarita Korolyova buxarda bişmiş düyünün sinir sistemi üçün olduqca faydalı olduğunu bildirib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, mütəxəssisin sözlərinə görə, buxarda hazırlanmış düyüdə çoxlu B vitaminləri var ki, insan orqanizminin buna böyük ehtiyacı var.

"Düyünün bütün qida dəyərini qorumaq üçün buxarda bişirmək lazımdır. Eyni zamanda, bişmə zamanı B vitaminləri və əlavə minerallar düyünün üst qatından əsas hissəsinə keçir", - deyə Marqarita Korolyova izah edib.

İnsanda qrup vitaminləri kifayət qədər olmadıqda müxtəlif nevroloji pozğunluqlar yarana bilər. Marqarita Korolyova düyünü gecə soyuq suda isladıb, səhər su şəffaflaşanadək yaxalamağı, ondan sonra bişirməyi məsləhət görür.

"Bu, yüksək glisemik indeksi olan nişastanın tərkibini minimuma endirmək üçün lazımdır. Yalnız bundan sonra düyü bişirməyə başlamalısınız. Onu səhər yeməyi, nahar və ya şam yeməyində yeyə bilərsiniz", - deyə həkim qeyd edib.

Diyetoloq, həmçinin bağırsaq hərəkətliliyini yaxşılaşdırmaq üçün düyünü tərəvəz və göyərti ilə birlikdə bişirib yeməyi məsləhət görür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.