Sağlamlıq

Qəhvəni bu vaxtlarda içməyin

28 Sentyabr 2023 22:00
Baxış: 1 211
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qəhvə səhərlər bizə enerji verən məşhur içkidir. Ancaq axşam saatlarında yuxu keyfiyyətinə təsir etməmək üçün onun istehlakını məhdudlaşdırmaq lazımdır. Əks təqdirdə qəhvə içmək ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.

Milli.Az lent.az-a istinadən bildirir ki, terapevtlər yatmazdan 6 saat əvvəl kofedən çəkinməyi tövsiyə edir. Çünki kofein rahat yuxuya getməyə mane ola bilər.

Hamilə qadınların və sağlamlıq problemi olan insanların qəhvə istehlakını gündə iki stəkanla məhdudlaşdırması tövsiyə olunur. Böyük miqdarda qəhvə narahatlıq, nizamsız ürək döyüntüsü, baş ağrısı və yuxusuzluğa səbəb ola bilər. Daim qəhvəyə ehtiyacınız varsa, bu onun istifadəsini azaltmağınız lazım olduğuna işarə ola bilər. Sağlamlığınıza diqqət yetirmək və bədəni toksinlərdən təmizləmək vacibdir. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.