Ürəyi məhv edən vərdişlər açıqlandı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ürəyi məhv edən vərdişlər arasında əsas bir neçəsini qeyd etmək olar. Bunlardan birincisi, siqaret çəkməkdir.
Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə Rusiyalı həkim kardioloq Anastasiya Fomiçeva danışıb.
"Nikotin və digər kimyəvi maddələr təkcə ağciyər xəstəliklərinin deyil, həm də ateroskleroz və ürəyin işemik xəstəliyi kimi ürək-damar xəstəliklərinin inkişaf riskini artırır", - deyə o bildirib.
Ürəyi məhv edən vərdişlər arasında yanlış qidalanma da var.
"Doymuş yağların və şəkərin həddindən artıq istehlakı qanda xolesterinin səviyyəsinin artmasına, aterosklerozun inkişafına, qan damarlarında lövhəciklərinin yaranmasına və daha sonra miokard infarktı və ya insultun inkişaf riskinə səbəb ola bilər. Duzlu yeməklər qan təzyiqinin artmasına və mayenin bədəndə yığılmasına (şişkinliyə) səbəb ola bilər", - deyə həkim vurğulayıb.
Oturaq həyat tərzi, həmçinin ürək xəstəliklərinin inkişafına təsir göstərir.
"Daimi fiziki fəaliyyətin olmaması və oturaq iş piylənmə, hipertoniya xəstəliyi riskini artırır və həmçinin şəkərli diabetin inkişafına gətirib çıxara bilər", - deyə kardioloq əlavə edib.
Digər bir pis vərdiş həddindən artıq alkoqol istehlakıdır. Bu, qan təzyiqinin artmasına, ritm pozğunluqlarının inkişafına, miokardın zədələnməsinə və nəticədə alkoqol kardiomiopatiyasının inkişafına səbəb ola bilər.
"Daimi stres isə qanda adrenalin və kortizolun səviyyəsini artırır ki, bu da qan təzyiqinin artmasına, taxikardiyaya və ürək-damar xəstəliklərinin inkişaf riskinin artmasına səbəb ola bilər. Yuxu çatışmazlığı və bioloji saat ritmlərinin dəyişməsi piylənmə, hipertoniya və aritmiyanın inkişafına gətirib çıxarır", - deyə o, söhbətini yekunlaşdırıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
“Bitcoin” 190 min dolları keçə bilər
-
Antibiotik qəbul edərkən şəkər istehlak etmək bağırsaq bakteriyalarına zərər verə bilər
-
Çuğundurlu kələm turşusu resepti
-
İkardidən "Qalatasaray"la bağlı sürpriz qərar
-
"Flydubai" pilotu hər şeyi etiraf etdi
-
Biləsuvarda 26 yaşlı kişi qətlə yetirildi - qohumu saxlanıldı - təfərrüat
-
Ermənistanın Bərdəni raket atəşinə tutmasından 6 il ötür
-
Günün qoroskopu: Ailə daxilində gərginlik yarana bilər
-
Studiyadakı şəxs robotlarla əlbəyaxa oldu - (Video)
-
Türkiyənin ən varlı aktyorları
-
Sabah Yasamalda işıq olmayacaq
-
Abşerondakı partlayış antiperspirantlara görə olubmuş - (Video)
-
Nikol Şerzingerin ayağı yaralansa da, çıxışını dayandırmadı - (Video)
-
İranın neft naziri istefa verdi
-
Salyanda ağır qəza - yaralılar var - (Video)
-
Bakıda iti binadan atan şəxs məsuliyyətə cəlb edildi
-
Türkiyədə 4-cü dəfə zəlzələ oldu - Yenilənib
-
Nemət Pənahov vəfat etdi - (Foto)
-
Şəhanəni qətlə yetirən 33 yaşlı Əsgər Vətən müharibəsi qazisi imiş - (Video)
-
“Gənc futbolçulara güvənməsək, harada oynayacaqlar?” - Ayxan Abbasov
-
Biləsuvarda minik avtomobili aşdı, yaralı var
-
“Bütün mübahisəli qərarlar Azərbaycanın xeyrinə verildi” - Yankauskas
-
Oktyabrın ən şanslı bürcü
-
Şakiranın Madrid konsertində Dua Lipa sürprizi - (Video)





