Sağlamlıq

Saçları korlayan 6 pis VƏRDİŞ

4 Sentyabr 2023 21:30
Baxış: 1 739
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dermatoveneroloq Yuldız Acıqulova qadınlara saçları korlayan altı vərdişi açıqlayıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, ilk növbədə, həkim yüksək temperatura məruz qalmağı, düzgün olmayan qulluq və sıx saç düzümlərini qeyd edib. Sonuncu halda, mütəxəssis saçın güclü dartılmasının dartma alopesiyasına səbəb olduğunu bildirib.

Bundan əlavə, qeyri-sağlam qidalanma, həmçinin tütün məmulatları və spirtli içkilərin istifadəsi görünüşü pisləşdirə bilər. Həkimin sözlərinə görə, qeyd olunan pis vərdişlərdən qurtulmaq, balıq, yumurta və tərəvəzləri gündəlik rasiona daxil etmək lazımdır. Eyni zamanda, Acıqulova deyib ki, bəzi hallarda əlavə olaraq selen, dəmir və kükürd olan qidalar tövsiyə edilə bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.