Sağlamlıq

Bu 4 qida qan təzyiqini aşağı salır

5 Sentyabr 2023 03:48
Baxış: 1 161
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dietoloqlar qan təzyiqini sürətlə aşağı salan dörd qidanın adını açıqlayıblar.

Milli.Az lent.az-a istinadən bildirir ki, bu qidaları hipertoniya xəstələri mütləq yeməlidir.

1. Fındıq və qoz

Sağlam yağlarla zəngin olan bu qidaları salatlara əlavə etmək qan tarazlaşdırmağa kömək edir. 

2. Qatıq

Sağlam səhər yeməyinin bu əsas komponenti minerallar və vitaminlərlə, o cümlədən kalsium, kalium, maqnezium və D vitamini ilə zəngindir. Araşdırmalar göstərir ki, bu minerallar damarların divarlarına birbaşa təsir edərək qan təzyiqini aşağı salır.

3. Evdə hazırlanmış içkilər

Bu cür içkilərin istehlakı hipertoniyanı azaldan maddələrə malikdir.  

4. Pomidor 

Pomidor da qan təzyiqini idarə etməyə kömək edən kaliumla zəngindir. Bundan əlavə, onların tərkibində ürək sağlamlığına faydalı təsir göstərən və yüksək qan təzyiqi kimi riskləri əhəmiyyətli dərəcədə azalda bilən karotenoid piqmenti olan likopin var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.