Sağlamlıq

Xalı çox olanın düşməni çox olur, yoxsa dərdi?

2 Sentyabr 2023 19:08
Baxış: 1 214
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

El arasında bir misal gəzir: "Xalı çox olan adamın düşməni çox olur". Niyə belə deyilib? Düşmən deyilərkən müxtəlif xəstəliklər nəzərdə tutulur?

Milli.Az lent.az-a istinadən xalllarla bağlı kiçik araşdırmanı təqdim edir.

Xallar dərinin altında əlavə piqmentasiya olan hüceyrələrdir. Onlar anadangəlmə və ya günəşin təsiri ilə yarana bilər.

Xalların mövcudluğu iki fərqli amillə izah olunur: Günəşin zərərli təsiri və MC1R geni.

Bədənimizdə iki fərqli melanin növü var, eumelanin və feomelanin. Piqmentlər kimi tanınan bu növ melanin dərimizə, gözlərimizə və saçlarımıza aid olduğu rəngi verir. Eumelanin tünd saçlarda, dəridə, feomelanin isə qırmızı saçlı, solğun açıq dərili və yaşıl gözlü insanlarda görülən piqmentdir.

Bədənimizdə nə qədər xalın olması sahib olduğumuz melaninin növündən asılıdır. Sarışın adamlarda daha çox xal və ləkə olur.

Bəs üzdə və bədəndə arzuolunmuz xalların kəsilməsi hansısa problem yarada bilər? Bəzən kosmetoloqlar insanın istəyi ilə xalı yandırırlar.

Həkimlərin rəyinə görə, elə xallar var ki, yandırıla bilməz. Kəsilib yandırılmazdan öncə xalın etiopatogenezi mütləq dəqiqləşdirməlidir.

Günəş şüasının təsiri ilə bütün xallar aktivləşir. Narahatlıq verən xalın öncə dermatoskopiyası aparılmalı, xalın damar və sinir qidalanması yoxlanılmalıdır. Ümumi şəkli çəkilməli, bir il sonra, böyüyüb-böyümədiyi dəqiqləşdirilməlidir. Əgər xal böyüyürsə, qorxulu şişə çevrilməsi ehtimalına qarşı cərrahi üsulla kəsilib götürülür.

Adətən yaşlı insanlarda qoltuqaltında, boyunda xırda ətli xallar olur. Bunlar virus papillomasıdır. Onlar elektrokoaqulyasiya, yaxud maye azotla götürülə bilər. Mütəxəssilərin fikrincə, zədələnən xalı əməliyyatla götürmək lazımdır. Xallı insanlara gün altında uzun müddət gəzmək olmaz.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.