Sağlamlıq

Üst-dən COVID 19-la bağlı YENİ XƏBƏR

21 Avqust 2023 20:12
Baxış: 1 293
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

COVID-19, çox güman ki, laboratoriya yox, təbii mənşəlidir.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş elmi işçisi Ceremi Farrar "The Financial Times"a müsahibəsində bildirib.

"COVID-19"un təbii mənşəli olması ehtimalı getdikcə daha da artır", - ekspert deyib. Bununla belə, o qeyd edib ki, ÜST mütəxəssisləri koronavirusun mümkün yaranma səbəbi kimi laboratoriya yolunu - Uhan Virusologiya İnstitutundan sızmanı və infeksiyanın şəhər bazarlarında heyvan əti vasitəsilə ötürülməsini istisna etmirlər.

O, Çinin bütün məlumatları paylaşmağa hazır olduğu təqdirdə koronavirusun mənşəyinin səbəblərini axtarmaq üçün ÜST-nin Çinə yeni missiyasının təşkil edilməsini təklif edib.

İyul ayında məlum olub ki, ABŞ hökuməti Uhan Virusologiya İnstitutunun maliyyələşdirilməsinə çıxışı dayandırıb. Bu, ABŞ hökumətində adıçəkilən elmi müəssisəs ilə bağlı təhlükəsizlik suallarının cavabsız qalması ilə izah edilib.

Xatırladaq ki, ÜST tərəfindən 2020-ci ilin yanvar ayının sonunda elan edilmiş COVID-19 ilə əlaqədar fövqəladə vəziyyət 2023-cü il mayın 5-dək qüvvədə olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.