Sağlamlıq

Öd kisəsində daş olduğunu göstərən - 7 əlamət

13 Avqust 2023 11:58
Baxış: 1 565
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əgər öd kisəsi vaxtında aktiv işləməsə, eləcə də qaraciyər problem olsa, gec-tez öd kisəsində daş olacaq. Öd kisəsində kiçik daş belə həyati təhlükəlidir.

Milli.Az xəbər verir ki, hepatoloq Alla Yujova öd kisəsi daşları zamanı əlamət və ağrıdan danışıb.

"Öd kisəsindən qarında və sağ qabırğaaltında ağrı 5 saata qədər davam edə bilər.

Öd kisəsi ağrısı daimi olur, sakit halda da davam edir, tualetə gedəndə, qrip olanda daha da kəskinləşə bilir.

Günün istənilən saatı ola bilər, hətta gecə yuxudan da oyana bilərsiz.

Öd kisəsi daşlarının digər əlamətləri:

- Yüksək hərarət

- Güclü ağrılı ishal

- Ürək döyüntüsü

- Dəri və göz ağının saralması

- Dəri qaşınması

- İştahsızlıq

- Titrəmə. (medicina.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.