Sağlamlıq

Bu qidaları niyə qaynatmaq və ya qızartmaq olmaz?

30 İyul 2023 14:58
Baxış: 1 312
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bəzi ərzaq məhsulları yalnız çiy halda insana faydalıdır.  

Bir çox bitki mənşəli məhsullar bişirildikdə və ya qızardıldığında qiymətli maddələrinin bir hissəsini itirir.

Milli.Az lent.az-a istinadən çiy halda yeyilməli olan tərəvəz bitkiləri barədə məlumat verir. 

Pomidoru bişirdikdə onun tərkibindəki sink və maqnezumun tərkibi dəyişir, faydalı olmur.

Bolqar bibəri C vitamini ilə zəngindir.  Istilik dəyən kimi bu vitamin keyfiyyətini itirir. Odur ki, bibəri çiy yeyin.

Sarımsaq C, PP və B qrupu vitaminləri və kolinlə zəngindir. Sarımsaq müxtəlif viruslarla mübarizədə çox təsirli vasitə hesab olunur. Ancaq yalnız  çiy şəkildə yeyilərsə ondan faydalanmaq olar.

Çuğundur  orqanizm üçün çox faydalı olan fol turşusu mənbəyidir. Bu tərəvəzi uzun müddət bişirirsinizsə, bu maddənin təxminən 30% -ni itirir.

Brokolinin tərkibində C, PP və B qrupu vitaminləri var, onu ancaq çiy istifadə etmək lazımdır. Başqa yeməklərə qatacaqsınızsa, onu son 5 dəqiqədə əlavə edin ki, tərkibini itirməsin.

Zəncəfil A, C, B1, B2 vitaminləri ilə zəngindir. Onu çiy halda sürtkəcdən keçirərək istifadə etsəniz bişirməyə ehtiyac qalmayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.