Sağlamlıq

Yayda bu xəstəlik günvurma ilə səhv salınır - Əslində...

12 İyul 2023 20:27
Baxış: 1 036
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ciddi xəstəliyin bu 3 əlaməti tez-tez istiyə reaksiya ilə qarışdırılır. Məsələn, isti hava və daha çox günəş işığı susuzlaşma və baş ağrısı kimi problemlərin riskini artıra bilər. Bununla belə, istiliyin təsirindən digər xəstəlik simptomları maskalanır.

Milli.Az "Medicina"ya istinadən xəbər verir ki, terapevt Tatyana Zaxarovanın sözlərinə görə, bu simptomlar getdikcə artarsa, istiliklə qarışdırmamaq üçün həkimə getməlisiz.

Yorğunluq. Yay istisi insanı yorğun və ya zəif hiss etdirə bilər, lakin davamlı və ya həddindən artıq yorğunluq anemiya, qalxanabənzər vəzinin xəstəlikləri və bəzi infeksiyalar da daxil olmaqla bir neçə fərqli vəziyyətin əlaməti ola bilər.

Hipotiroidizmdə qalxanabənzər vəz bədəndə maddələr mübadiləsinin və enerji istehsalının tənzimlənməsində mühüm rol oynayan kifayət qədər tiroid hormonları istehsal etmir.

Yorğunluq xərçəng xəstələri arasında ümumi bir simptomdur.

Baş ağrısı. İstilik və ya günəşə məruz qalma bir çox insanın isti havalarda baş ağrılarına səbəb olur, lakin şiddətli və ya təkrarlanan baş ağrıları sinusit və ya yüksək qan təzyiqi kimi daha ciddi problemlərlə əlaqələndirilə bilər.

İsti hava təzyiqi artıra bilər. Bədən istiliyə cavab olaraq, dərinin səthinə yaxın olan qan damarlarını genişləndirərək, istiliyi buraxır və özünü sərinləşdirir. Nəticədə dəriyə qan axını artır və bədənin digər hissələrində qan damarları bir qədər daralır.

Nəfəs darlığı. İsti və havasız hava nəfəs almağı bir az çətinləşdirə bilər, lakin nəfəs darlığı astma və ya xroniki obstruktiv ağciyər xəstəliyi kimi əsas tənəffüs xəstəliklərini də göstərə bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.