Sağlamlıq

Xərçəngin universal müalicəsi tapıldı

30 İyun 2023 04:37
Baxış: 1 894
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Alimlər xərçəngin universal müalicəsini tapıblar.

Milli.Az lent.az-a istinadən bildirir ki, yapon alimləri qrupu müxtəlif xərçəng növlərini potensial olaraq müalicə edə bilən yeni universal üsul tapıb. 

Bu konsepsiya xərçəng hüceyrələrində toplanan akrolein birləşməsinin xüsusiyyətinə əsaslanır. Bunun üçün alimlər yalnız şiş hüceyrələrini öldürən azidlə qarşılıqlı əlaqə zamanı aktivləşən astatin-211 maddəsini yeridiblər. Astatin-211 parçalandıqda az miqdarda alfa hissəcikləri buraxan bir radionukliddir. Radiasiya terapiyasının digər formaları ilə müqayisədə alfa hissəcikləri xərçəng hüceyrələrini öldürməkdə daha effektivdir. 

Tədqiqatçılar vurğulayırlar ki, birləşmə qana daxil olsa belə, əhəmiyyətli nəticələr əldə edilir. Bu o deməkdir ki, bu üsul şişin harada yerləşdiyi bilinməyən çox erkən mərhələdə xərçəngin müalicəsində istifadə edilə bilər. Hazırda, bu yanaşma xərçəngin hüceyrə səviyyəsində vizuallaşdırılması və diaqnozu üçün bir yol kimi klinik sınaqlardan keçirilir. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.