Sağlamlıq

Bu meyvə ürəyin dostudur

24 İyun 2023 02:02
Baxış: 1 383
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Banan ürək sağlamlığının möhkəmləndirilməsi üçün faydalı meyvədir. Xüsusilə, o, böyük miqdarda ürək əzələsi üçün lazımlı mikroelement olan kaliumun zəngin mənbəyidir. Dietoloqların fikrincə, orqanizm kifayət qədər kalium aldıqda ürək stresin öhdəsindən daha yaxşı gələ bilir.

Milli.Az lent.az-a istinadən bildirir ki, bundan əlavə, bananın tərkibində ürəyin "xoşladığı" B qrupu vitaminləri vardır. Banan insanı artıq mövcud olan xəstəliklərdən xilas etmir, amma profilaktika və ürəyin yaxşı fəaliyyəti üçün faydalıdır.

Mütəxəssislər, eyni zamanda, bananda yüksək tərkibdə şəkə­rin olmasına diqqət çə­kirlər. Bildirirlər ki, ba­nan, diabet xəstələrinə zərərlidir, ilk növbədə, orqanizmi karbohidrat­ların həzmi ilə problemi olmayan idmançılar və fiziki aktiv olan insanlara tövsiyə olunur.

Ekspertlər məsləhət görürlər ki, insan aktiv deyilsə, id­manla məşğul olmursa, bananı hər gün yeməməlidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.