Sağlamlıq

Qədim yunanların YAŞAM SİRRİ - Cəmi 2 məhsul ilə ömrünüzü uzadın

22 İyun 2023 08:54
Baxış: 2 915
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bal və darçın qarışımının bir çox faydası ortaya çıxıb.

Milli.Az musavat.com-a istinadən bildirir ki, qədim Yunanıstanda dərman kimi istifadə edilən bal və darçın qarışımı immun sistemini gücləndirir.

O, həm də təbii antibiotikdir. Tərkibində çoxlu vitamin və yüksək miqdarda dəmir olan qarışım orqanizmi bakteriya və viruslara qarşı qoruyur, sidik yolları infeksiyasını müalicə edərək, mikrobları öldürür.

Hindistan və Yaponiyada aparılan araşdırmalar müəyyən edib ki, bal və darçın mədədəki qazı aradan qaldırır. Bu qarışım mədədə turşuluğunun qarşısını alır və ən ağır yeməklərin belə asanlıqla həzminə kömək edir.

Darçın tozu ilə balı qarışdırın və səhər yeməyində çörəklə yeyə bilərsiniz. Bu, pis xolesterolu azaldır və infarktın qarşısını alır. Darçınlı balın müntəzəm istifadəsi ürək döyüntüsünü nizama salır, ömrü 10 il uzadır. Yaşlandıqca arteriya və damarlar elastikliyini itirir və tıxanır. Darçınlı bal isə damarları bərpa edir.

Həmçinin gecə yatmazdan əvvəl bu qarışımdan bir qaşıq içsəniz, səhərlər daha rahat və yaxşı əhval ilə oyanarsınız.

Xolesterol xəstəsinə 450 qram çaya iki xörək qaşığı bal və üç xörək qaşığı darçın tozu qatıb verildikdə iki saat ərzində qanda xolesterinin miqdarının 10% azaldığı müşahidə edilib. Bu qarışım gündə üç dəfə qəbul edildikdə hətta xroniki xolesterolu da müalicə edilə bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.