Sağlamlıq

Süd və süd məhsullarının BİLMƏDİYİMİZ ZƏRƏRLƏRİ

17 Aprel 2023 23:05
Baxış: 1 388
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dietoloq Mari Kletaninanın sözlərinə görə, yetkinlərə süd və fermentləşdirilmiş süd məhsulları yemək məsləhət görülmür.

Milli.Az xəbər verir ki, həkim bu barədə "А теперь внимание!" portalına müsahibəsində danışıb. Ekspertin sözlərinə görə, belə qidalar zəif həzm olunur və xeyirdən çox zərər verir.

"Şişkinlik, köp, ürəkbulanma, mədədə ağırlıq, dəri səpgiləri, daimi yorğunluq və dəyişkən əhval-ruhiyyə süd və fermentləşdirilmiş süd məhsullarının mümkün nəticələridir", - həkim vurğulayıb.

O, həmçinin əlavə edib ki, insanların əksəriyyəti laktoza qarşı dözümsüzlükdən və süd məhsullarına qarşı allergiyadan əziyyət çəkir, ona görə də belə qidalar orqanizmi həddən artıq yükləyir və insanlar üçün qida dəyəri daşımır. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory