Sağlamlıq

Yolların səs-küyünün potensial ölümcül nəticəsi AÇIQLANDI

15 Aprel 2023 19:57
Baxış: 620
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yolların yaxınlığında yaşayan insanlar yüksək təzyiqdən daha çox əziyyət çəkirlər.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, Oksford Universitetinin tibb professoru Kazem Rahimi səs-küy çirklənməsinin təhlükəli nəticələrini açıqlayıb.

Araşdırmanın aparıcı müəllifi Kazem Rahimi və həmkarları əvvəlcə hipertoniyası olmayan 40-69 yaş arası 240.000 xəstənin səkkiz illik məlumatlarını təhlil ediblər. Nəticələr göstərib ki, səs-küylü ərazilərdə yaşayan insanların yüksək qan təzyiqi ilə bağlı problemləri daha çox olur. Bu səbəbdən həmin insanlarda infarkt və insultlara səbəb olan potensial ölümcül vəziyyət yaranır. Üstəlik, artan səs-küy səviyyəsi ilə xəstəliyin inkişaf riski də artır. Zərərli təsir havanın zəhərli maddələrlə çirklənməsi ilə daha da güclənir.

Professor qeyd edib ki, onlar sağlamlıq üçün təhlükəsiz olan səs-küy çirklənməsi səviyyəsini tapa bilməyiblər. İnsanlar hətta kiçik səssizlik pozğunluqlarında belə təzyiq problemləri ilə qarşılaşırlar.

Ölçmələr 10 desibeldən başlayıb ki, bu da insan nəfəsinin səsinə uyğundur. "Bu o deməkdir ki, səs-küy səviyyəsi nə qədər yüksək olarsa, gələcəkdə hipertoniya riski bir o qədər yüksək olar", - Rahimi deyib.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.