Sağlamlıq

Miqrenlə qanda şəkərin əlaqəsi sübut olundu

6 Mart 2023 08:23
Baxış: 927
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Genetiklər araşdırıblar ki, miqrenlə qanda şəkərin bir-biri ilə əlaqəsi var.

Milli.Az "Medicina"-ya istinadən xəbər verir ki, baş ağriları ilə qanda şəkərin səviyyəsi arasındakı əlaqə genetik mühitin təsirinin böyük olduğunu göstərib. Əvvəllər bu hadisələr arasında genetik əlaqə öyrənilməmişdi.

Kvinslend Texnologiya Universitetinin genetikləri bir çox əlamətlər üçün ümumi olan genetik variantların və genlərin mövcudluğunu təsdiqləyiblər.

Alimlərin fikrincə, insulin və qan şəkəri səviyyələri miqren və baş ağrıları ilə genetik əlaqəyə malikdir.

Tədqiqatçılar həmçinin proinsulin adlı hormonun baş ağrılarından qorunmağa kömək edə biləcəyi qənaətinə gəliblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.