Sağlamlıq

İnsanı cavan saxlayan məhsullar...

20 Fevral 2023 08:54
Baxış: 2 050
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tərkibində təbii biotənzimləyicilər - poliprenollar və bioflavonoidlər olan giləmeyvə və meyvələr insanı cavan saxlamağa kömək edir.

Milli.Az xəbər verir ki, bunu Rusiyada XFIT fitness testi üzrə terapevt və mütəxəssis Yekaterina Ladigina deyib.

"Bir ovuc zoğal və qarağat kimi giləmeyvə yaddaşı və idrak funksiyasını yaxşılaşdırır, antidepresan təsir göstərir və gəncliyi uzatmağa kömək edir", - həkim deyib.

Mütəxəssis cavanlığı qorumaq üçün qaragilə, qara və qırmızı qarağat, kivi, zoğal və albalıdan istifadə etməyi tövsiyə edib:

"Onlar reparativ və bərpaedici prosesləri aktivləşdirir, orqanların strukturunu və funksiyalarını bərpa edir". (publika)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.