Sağlamlıq

Bu maska dərinizi yaşlanmaqdan qoruyacaq

28 Avqust 2022 15:46
0 Şərh     Baxış: 715
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaşlandıqca dərinin elastikliyini qoruyaraq qırışları önləyən kollagen və elastin komponentlərinin istehsalı azalmağa başlayır.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu mövzuda edilən araşdırmalar dərinin sağlam görünməsini təmin edən komponentlərin istehsalının 20 yaşından etibarən hər il 1% azaldığını söyləyir.

Düzgün qidalanmadığınız  zaman və dərinizə mütəmadi olaraq qulluq etmədikdə qırışlarınız erkən yaşda artmağa başlayacaq.

Bunun qarşısını almaq üçün isə ev şəraitində aloe vera və xiyardan hazırlanan maskanı təqdim edirik:

100 qram aloe vera jelini və 1 ədəd rəndələnmiş xiyarı qarışdırın və üzərinə məhlul halına gələnə kimi su əlavə edin. Maskanı üzünüzə çəkin və gecə boyu saxlayın.  Səhər isə ilıq su ilə durulayın.

Aloe veranın tərkibində dərini nəmli saxlamaq üçün lazımlı aminoturşular yer alır. Xiyar isə bol su və vitaminlərlə zəngin olması səbəbi ilə zərər görmüş dərini bərpa edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.