Sağlamlıq

Meymunçiçəyinə yoluxanlar neçə gün təcrid olunmalıdır?

27 İyul 2022 07:25
0 Şərh     Baxış: 1 232
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) meymunçiçəyinə yoluxmuş insanlarla yaxın təmasda olanlara bir müddət səyahət etməməyi tövsiyə edib.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu haqda Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə ofisində keçirilən mətbuat konfransında çıxış edən ÜST-ün meymunçiçəyi üzrə mütəxəssisi Rosamund Levis iyulun 23-də epidemiyanın qlobal fövqəladə vəziyyət (PHEIC) elan edilməsi qərarından danışan zaman deyib.

Jurnalistlərin suallarını cavablandıran Levis qlobal fövqəladə vəziyyət elan etmə qərarının meymunçiçəyi epidemiyasına qarşı daha mütəşəkkil beynəlxalq mübarizə aparmaq üçün alındığını vurğulayıb.

"Virusa yoluxmuş insanlar bir müddət özlərini təcrid etməli və buna görə də səyahətə çıxmamalıdırlar. Bundan əlavə, xəstələrlə yaxın təmasda olanların 9 gün ərzində bədən temperaturlarına nəzarət etmələri tövsiyə edilir", - deyə o əlavə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.