Sağlamlıq

Piylənmə riskini azaldan içki

22 Mart 2022 17:18
0 Şərh     Baxış: 854
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Amerikalı diyetoloq Po Meyts piylənmə riskini azaldan içkidən danışıb. 

Milli.Az publika.az-a istinadən xəbər verir ki, mütəxəssis çay göbələyi (kombuca) içkisinin köməyi ilə artıq çəkidən xilas olmağın mümkün olduğunu hesab edir.  

Həkimin sözlərinə görə, bu təsir onun tərkibindəki probiotiklərin orqanizmin mikroflorasını dəstəkləməsi ilə bağlıdır. 

Meyts hesab edir ki, kombuca içkisi zərərli qazlı suyu əvəz edə bilər: "Onun içində qaz var, ona görə də əla əvəzedicidir. Arıqlamaq istəyirsinizsə, sodadan daha pis bir şey yoxdur, çünki onun tərkibində çoxlu miqdarda kalori və işlənmiş şəkər var".

Diyetoloq kombucanı sevməyənlərə isə yaşıl çay içməyi məsləhət görür: "Yüksək antioksidant tərkibi iltihabı azaltmağa kömək edir. Bu, arıqlamaqla əlaqəli başqa bir amildir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.