Sağlamlıq

İnsan orqanizmi üçün ən faydalı göyərti açıqlandı

23 Mart 2022 23:15
0 Şərh     Baxış: 2 284
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Orqanizmi təmizləmək, gücləndirmək və piyləri yandırıb arıqlamaq üçün ən yaxşı göyərti ispanaq seçilib.

Milli.Az xəbər verir ki, dietoloq Jenni Champion ispanağı 10 göyərtinin əvəzeidicisi adlandırıb.

İspanaq ürək-damar xəstəlikləri, yüksək təzyiq, qanda xolesterin probleminin profilaktikası üçün faydalıdır.

100 qram ispanaqda 23 kalori olduğu üçün o dietik qidadır.

İspanaq yüksək dərəcədə lifli qidadır. Ona görə o, toxluq hissi yaradır.

Bununla yanaşı həkim arıqlamaq və detoks məqsədilə hər gün müxtəlif və çox miqdarda göyərti yeyib, smuzi içməyin əleyhinədir.

Kiloqramlarla göyərti yemək mədəaltı vəzinin işini pozur. Hər gün ispanaq yemək də sidik turşusunu artırır, böyrəklərdə daş əmələ gətirə bilər. Ona görə gündə yarım fincandan artıq ispanaq yeməmək lazımdır. /medicina.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.