Sağlamlıq

Hər gün limonlu su içsəniz nə baş verər? - Diyetoloq AÇIQLADI

9 Fevral 2022 23:25
0 Şərh     Baxış: 3 236
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Limonlu su virus xəstəlikləri ilə mübarizədə kömək edir, kollagenin sintezində, dəmir, sink və digər mineralların udulmasında iştirak edir".

Milli.Az xəbər verir ki, bunu diyetoloq Natalya Kunskaya bildirib .

O, həmçinin qeyd edib ki, limon suyu mədədə xlorid turşusunun əmələ gəlməsinə və normal həzm üçün zəruri olan öd ifrazına kömək edir.

"Limonlu suyu yeməkdən 30 dəqiqə əvvəl və gündə iki-üç stəkandan çox olmayaraq içmək məsləhətdir. Limonlu suyu acqarına içmək olmaz, günə bir-iki stəkan qatqısız təmiz su ilə başlamaq yaxşıdır. Yemək sonra içməyin. Bu, yeməyin həzmini ləngidir. Yemək bolusunu yumşaltmaq üçün bir neçə qurtum icazə verilir", - deyə mütəxəssis bildirib. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.