"Soyuq havalardan qorunmağın ən yaxşı yolu..."
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Havalar soyuduqca və rütubət artdıqca virusların yayılma sürəti də artır, nəticədə immunitet zəifləyir, bədən temperaturu isə çöl mühitinə uyğunlaşa bilmir. Belə havalarda vətəndaşlar qapalı məkanda daha çox vaxt keçirdiyindən yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma ehtimalı da artır.
Milli.Az xəbər verir ki, həkim-terapevt Nahid Məhərrəmov deyib: "Burun və alın ciblərində iltihab və yaxud yuxarı tənəffüs yollarında, məsələn, burun və ya ağız boşluğunda infeksiya varsa, hava kütləsinin bir-birini əvəz etməsi adətən virus və bakteriyaların daha tez canlanmasına səbəb olur. Bu da orqanizmdə nəm mühitin isinməsi və münbit mühitin yaranması nəticəsində yuxarı tənəffüs yollarının infeksiyasına, COVID-19-un yaranmasına, digər virusların daha da aktivləşməsinə aparıb çıxara bilər".
Həkimlərin dediyinə görə, qoruyucu vasitələrdən kifayət qədər istifadə etməmək, otaqları vaxtaşırı havalandırmamaq da virusun aktivləşməsində mühüm rol oynayır. Havanın temperaturuna uyğun geyinmək isə mütləq şərtlərdən biridir.
Həkim-terapevt Mətanət Cəfərova bildirib: "Soyuq havalardan qorunmağın ən yaxşı yolu kəskin temperatur fərqi yaşamamaqdır, yəni havanın temperaturuna uyğun geyinməkdir. Hədsiz çox qalın geyinmək də bəzən xəstələnməyə səbəb olur. Evi hədsiz çox qızdırmaq olmaz, xüsusən də uşaqlar olan otaqları və yataq otağını hədsiz çox isitməyin özü də kəskin temperatur fərqinə və xəstələnməyə səbəb ola bilər. Temperaturu hər zaman optimal saxlamaq məsləhət görülür".
Soyuq havalarda balanslı qidalanmaya diqqət yetirmək lazımdır. Qida rasionuna bol vitaminli meyvə və tərəvəz əlavə edilməlidir. Çoxlu maye qəbulu da orqanizmi xəstəliklərdən uzaq tutan vacib şərtlərdən biridir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Psixoloqlara görə kişilərin izahat vermədən yoxa çıxmasının səbəbləri
-
Müddəti bitən kredit kartlarını qayçı ilə kəsib atanlara xəbərdarlıq
-
Maşın da yumuşam, təkər də qaraltmışam, "bakkuş" da satmışam - Aktyor Səmimi Fərhadla müsahibə
-
Bu xəbərlər Samiri depressiyaya salıb
-
Qızılın qiyməti yenidən ucuzlaşdı - (Video)
-
Günün qoroskopu: Heç kəsə görə özünüzü dəyişməyin
-
Hər dəfə saata baxanda niyə eyni rəqəmləri görürük? - açıqlama
-
AYNA: 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
-
"Barselona"nın ulduzu PSJ və "Real"a qarşı oyunları buraxacaq
-
Azərbaycanda bu şəxslər aylıq müavinət ala bilərlər
-
Təyyar Bayramovun yubileyidir - (Video)
-
Yasamalda yeni yol və tunel inşa ediləcək - evlər söküləcək - (Video)
-
“Boş evdə tək oturub ağlayıram” - Cennifer Lopez
-
İnterneti Wi-Fi olmadan paylaşmağın yolu
-
Mircəlal Qurbanovu anasının 70 illiyinə Xalq artistləri gəldi - (Foto)
-
Daşınmaz əmlak bazarında yeni qiymət artımı - (Video)
-
İcra başçısı məmuru danladı: "Camaatın ağzından vurmayın" - (Video)
-
Şuşada avtomobil minaya düşdü - xəsarət alan var - Yenilənib
-
“Birliyin Gücü - 2026" hərbi təlimində kiberəməliyyat fəaliyyətləri uğurla icra edilib - (Foto/Video)
-
Sərnişinə "Rədd olun, keçin arxaya" deyən sürücü işdən çıxarıldı
-
Suraxanıda su olmayacaq
-
Aslı Enver Türkiyəni tərk edir
-
Qaradağın yeni icra başçısının dosyesi
-
Rusiyada pirotexnika zavodunda ölənlərin sayı 10-a çatıb





