Sağlamlıq

Belə şəxslər ətrafdakılar üçün təhlükəlidir

28 Dekabr 2021 09:42
0 Şərh     Baxış: 882
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Omikron" ştammına yoluxan şəxs xəstəliyi simptomsuz keçirə bilə. Belə şəxslər ətrafdakılar üçün təhlükəlidir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı biologiya elmləri doktoru, Moskva Dövlət Universitetinin Biologiya fakültəsinin Virusologiya kafedrasının professoru Aleksey Aqranovski xəbərdarlıq edib.

Onun sözlərinə görə bu, koronavirusun "Uhan" ştammında və digərlərində belə idi - bəzi insanlarda viral infeksiyanın simptomları görünmür, ancaq bədəndə inkişaf edirdi.

"Belə xəstələrin arasında koronavirus infeksiyasının "superpaylayıcıları" olur. Ondan yoluxanlar ağır xəstələnə bilər. Bundan əlavə, bu asimptomatik daşıyıcılar arasında virusun "superyayıcıları" da var. Onlar özləri xəstələnmirlər, lakin böyük dozada virus yayırlar və infeksiyanı onlarla insana ötürə bilirlər", - deyə mütəxəssis bildirib.

Mütəxəssis əlavə edib ki, asimptomatik daşıyıcıdan "Omikron" ştammı ilə yoluxma riskini azaltmaq üçün COVID-19-a qarşı peyvənd olunmaq, həmçinin sanitar qaydalara riayət etmək lazımdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.