Sağlamlıq

Balıq yağı heç bir xəstəliyi sağaltmır

24 Dekabr 2021 22:40
0 Şərh     Baxış: 1 045
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Balıq yağı adı ilə satılan BAD-lar, qida əlavələri, Omeqa 3 psixi pozulmalar, ürək xəstəlikləri, depressiya və sinir problemlərində müalicəvi təsir etmir.

Milli.Az xəbər verir ki, bu nəticəyə Harvard universitetinin tibb məktəbinin alimləri gəlib.

Omeqa 3 ilə zəngin dəniz balığı yağı depressiya, Alsgeymer və ürək xəstələrində heç bir müsbət təsir yaratmayıb. Əksinə depressiv vəziyyət daha da dərinləşib.

Professor Oliviya Okereke 18 min nəfər kişi və qadının tibbi məlumatlarını analiz edib.

Onlar 2 qrupa bölünüb. Bir qrupa Omeqa 3lə zəngin qida əlavəsi və ya 1 qram balıq yağı verilib, digər qrupa isə plasebo verilib.

Nəticələrin heç birində Omeqa 3-ün yaşlılarda müalicəvi təsiri sübut olunmayıb.

Psixi sağlam insanların balıq yağını və Omeqa 3-ü hətta profilaktik məqsədlə də qəbul etməsi əhəmiyyətsizdir.

Balıq yağı iltihabi proseslərin qarşısını almaq üçün profilaktik məqsədlə sağlam insanlar tərəfindən qidaya əlavə olaraq qəbul edilə bilər. Lakin onlar müalicə vasitəsi deyil. /medicina.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory