Sağlamlıq

Koronavirus xəstələrinin 40 faizi xəstəliyi simptomsuz keçirir

16 Dekabr 2021 16:12
0 Şərh     Baxış: 953
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Pekin Universitetinin alimləri müəyyən ediblər ki, təsdiqlənmiş COVID-19 diaqnozu olan insanlar arasında təxminən 40 faiz koronavirus infeksiyasının asemptomatik daşıyıcısıdır.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, tədqiqat "JAMA Network Open" jurnalında nəşr edilib.

Mütəxəssislər 95 elmi məqalənin nəticələrini tədqiq edərək belə nəticəyə gəliblər ki, xəstəliyə yoluxan hər beş nəfərdən ikisi xəstəliyi simptomsuz keçirir.

Ümumilikdə tədqiqat 29 milyondan çox insanı əhatə edir.

Qeyd olunur ki, yoxlanılan əhali arasında asemptomatik infeksiyalar ümumilikdə 0,25 faiz təşkil edib. Qocalar evinin sakinləri (4,52 faiz), hava və kruiz gəmisinin sərnişinləri (2,02 faiz), tibb işçiləri və ümumi xəstəxana xəstələri (0,4 faiz) və hamilə qadınlar (2,34 faiz) ayrıca təhlil edilib. Məlum olub ki, koronavirus infeksiyası diaqnozu qoyulanların 40,5 faizi asemptomatik daşıyıcıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory