Gürcüstan

"Saakaşvili qorxaqdır" - gürcü baş nazir

6 Sentyabr 2021 18:06
0 Şərh     Baxış: 1 181
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gürcüstanın baş naziri İrakli Qaribaşvili eks-prezident Mixail Saakaşvili "dovşan" adlandırıb.

Milli.Az modern.az-a istinadən xəbər verir ki, hökumət başçısı Saakaşvilini həbslə hədələyərək deyib:

"Əgər o gəlmək istəyirsə, qoyun gəlsin. 8-9 il ötüb, sizcə, o hələ də niyə qayıtmır? Çünki qorxaq, dovşan və xoflu insandır".

Bundan əlavə, Qaribaşvili eks-prezident üçün həbsxana inşa etdirəcəyini söyləyib.

"Mən çox istərdim ki, Saakaşvili qayıtsın, biz çox yaxşı əylənəcəyik. Mən söz verirəm ki, ona çox gözəl qalstuk kolleksiyası düzəldəcəm və təmir olunmuş həbsxanaya aparacam. Bu Saakaşvilinin qismətidir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.