Gürcüstan

Altı yaşlı uşaq koronavirusun qurbanı oldu

31 Avqust 2021 09:32
0 Şərh     Baxış: 2 438
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gürcüstanda altı yaşlı uşaq koronavirusun qurbanı olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə İ.Tsisişvili adına Tiflis uşaq xəstəxanasının rəhbəri Mayya Çxeidze məlumat verib.

Onun sözlərinə görə, azyaşlı serebral iflic, epilepsiya kimi xəstəliklərdən əziyyət çəkib. Koronavirus isə onu septik şoka salıb. Uşaq xəstəxanaya çatdırılan kimi süni nəfəs cihazına qoşulsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, bu, Gürcüstanda COVID-19 diaqnozu ilə artıq üçüncü uşaq ölümüdür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.