Ciyər bişirilərkən əvvəlcə ciyər kiçik kub şəklində doğranılır, una batırılır və tavada qızardılır.
Daha sonra nazik doğranmış soğan əlavə edilir və qısa müddət qovrulur.
Milli.Az xəbər verir ki, bu üsul sayəsində ciyər həm yumşaq qalır, həm də soğanın ləzzəti ilə birləşir.
Ciyərin hazırlanması
Ciyəri kiçik kub formalarda doğrayın və un və ya nişastaya batırın.
Tavaya bol yağ əlavə edin və ciyərləri yüksək odda qısa müddətdə qızardın.
Diqqət: Ciyər çox bişərsə bərk və quru olar, ona görə yalnız üzü qızarana qədər qovurmaq kifayətdir.
Nazik doğranmış soğanları ciyərin üzərinə əlavə edin və qısa müddət qovurun.
Əsas məqsəd soğanın ciyərin istisiylə bir qədər yumşalmasıdır, tam bişirməyə ehtiyac yoxdur.
Ciyəri qızartdıqdan sonra artıq yağı kağız salfetlə süzün.
Bu zaman soğanla birləşdirəndə yemək nə çox yağlı, nə də ağır olacaq.
Lalə Qüdrətova
Milli.Az





