Gürcüstan Mərkəzi Seçki Komissiyasının sədri Tamar Jvaniya istefaya gedib.
Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu məlumatı Jvaniya öz Feysbuk səhifəsində paylaşıb.
Jvaniya istefasından sonra siyasətə qoşulmayacağını bildirib. O, fəaliyyətini beynəlxalq təşkilatlarda davam etdirəcəyini söyləyib.
Qeyd edək ki, Jvaniya 2013-cü ildən MSK-ya rəhbərlik edirdi. Müxalifət onu saxtakarlıqda ittiham edirdi.
Milli.Az