İdman

"Formula 1": Sıralama turunun ilk sessiyası başa çatdı - YENİLƏNİB

20 Sentyabr 2025 16:39
Baxış: 306
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bakıda təşkil olunan "Formula 1" üzrə Azərbaycan Qran-prisində sıralama turunun ilk sessiyası başa çatıb.

Milli.Az xəbər verir ki, ən yaxşı nəticə "Maklaren"dən Lando Norrisə məxsusdur.

16-cı sıradakı Franko Kolapinto ("Alpin"), 17-ci yerdəki Niko Hyolkenberq ("Kik-Zauber), 18-ci pillədəki, Esteban Okon ("Haas"), 19-cu olan Pyer Qasli ("Alpin") və 20-ci Aleksander Albon ("Uilyams) ikinci sessiyadan kənarda qalıblar.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 21-də başa çatacaq.

16:28

"Formula-1" kateqoriyasında sıralama turunda "Williams" komandasının pilotu Aleksandr Albon döngəyə düzgün girə bilməyindən problemlə üzləşib

Onun bolidinin sol ön təkəri zədə görüb və yarışı yarımçıq dayandırmağa məcbur olub.

Hazırda sıralama turu öz axarı ilə davam edir.

16:01

Bakıda təşkil olunan Azərbaycan Qran-Prisinin ikinci günündə Formula 1 üzrə sıralama turu start götürüb.

Milli.Az xəbər verir ki, yarışda 10 komanda və 20 sürücü iştirak edir.

Sıralama turu nəticəsində sürücülərin əsas yarışdakı mövqeləri müəyyənləşəcək.

Xatırladaq ki, Formula 1 üzrə ilk sərbəst yürüşdə "McLaren" komandasının britaniyalı pilotu Lando Norris, ikinci sərbəst yürüşdə "Ferrari"nin üzvü britaniyalı Lyuis Hemilton, üçüncü sərbəst yürüşdə "McLaren"dən britaniyalı Lando Norris birinci olub.

Qeyd edək ki, Azərbaycan Qran-Prisinə sentyabrın 21-də yekun vurulacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.