Şou-biznes

"Mənə "Xalq artisti" adı versələr, imtina edəcəyəm"

20 Sentyabr 2025 22:48
Baxış: 388
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Bundan sonra nə məmur, nə rəis, nə vəzifəli şəxs, nə nazir olmaq istəyirəm. Hətta Xalq artisti də olmaq istəmirəm".

Milli.Az xəbər verir ki, bu sözləri Əməkdar artist Bəhram Bağırzadə "EDNews"a müsahibəsində deyib. O, "Xalq artisti" adı almaq istəmədiyini açıqlayıb: 

"Hərdən mənə deyirlər ki, vaxtı gəlib, "Xalq artisti" adı al. Cavab verirəm ki, "Allah haqqı istəmirəm. Versələr də imtina edəcəyəm". Çünki ayıbdır. Mən nə Müslüm Maqomayevam, nə Rəşid Behbudov, nə də Şövkət Ələkbərovayam. Məni onlarla bir səviyyədə tutmaq günahdır. "Əməkdar artist" adım var. Bunu haqq etdim. 35 il işləmişəm. Amma "Xalq artisti" adı istəmirəm". (axşam.az)

Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.