Gürcüstan

Kobaxidze Paşinyanla futbola baxmasından DANIŞDI

22 Mart 2025 18:07
Baxış: 712
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Feysbuk səhifəsində ötən gün İrəvanda erməni həmkarı Nikol Paşinyanla birgə futbol matçına baxmasından yazıb.

Milli.Az xəbər verir ki, o, oyunu izləyənlər arasında iki ölkənin hökumət üzvlərinin də olduğunu qeyd edib.

"Millətlər Liqasının pley-off mərhələsində ilk matç Gürcüstan yığmasının 3:0 hesablı qələbəsi ilə başa çatdı. Matçdan sonra Gürcüstan millisinin üzvləri ilə görüşdüm və onları qələbə münasibətilə təbrik etdim. Gürcüstan və Ermənistan yığmaları arasında ikinci matç martın 23-də Tbilisidə "Dinamo Arena"da keçiriləcək", - Kobaxidze bildirib. /Teleqraf

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.