Gürcüstan

600-dən çox məhbusu əfv etdi

19 Yanvar 2025 22:31
Baxış: 451
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstan prezidenti Mixail Kavelaşvili konstitusion rəsmi səlahiyyətləri çərçivəsində 600-dən çox məhbusu əfv edib.

Milli.Az xəbər verir ki, Kavelaşvili bu barədə sosial şəbəkədə yazıb. 

"Rəbbin zühuru pravoslav xristian bayramı ilə əlaqədar olaraq, mən konstitusiya səlahiyyətlərimdən istifadə edərək 613 məhbusu əfv etdim. Əfv olunan məhbuslara ailələrinə qayıtmaq və cəmiyyətin tamhüquqlu üzvü olmaq imkanı verilir", - deyə Kavelaşvili qeyd edib.

O, əfv fərmanının hansı kateqoriya məhbuslara şamil edildiyini açıqlamayıb. (Unikal)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.