Gürcüstan

Gürcüstanda səslərin sayılması başa çatdı

27 Oktyabr 2024 19:37
Baxış: 1 623
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

19:37

Gürcüstanda parlament seçkisində səslərin sayılması prosesi başa çatıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyası (MSK) məlumat yayıb.

Qeyd edilir ki, 3 111 məntəqədən 3 110-nun bülletenlərinin nəticələrinə əsasən hakim "Gürcü Arzusu" Partiyası 53,92 % səs toplayıb.

Dörd müxalifət partiyaları cəmi 37,78 % səs yığa bilib. Onlardan "Dəyişiklik Koalisiyası" 11,04 %; "Vahidlik - Milli Hərəkat" 10,16 %; "Güclü Gürcüstan" 8,81 %; "Qaxariya - Gürcüstan naminə" Partiyası isə 7,77 % səs yığıb.

Marneulidəki 69 saylı məntəqədə kütləvi bülleten atılması hadisəsi baş verdiyi üçün səsvermənin nəticələri ləğv edilib.


--------
12:17


Gürcüstan Mərkəzi Seçki Komissiyası seçki məntəqələrinin 99,646%-də (3100 məntəqə) səslərin sayılmasını başa çatdırıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, nəticələrə əsasən, hakim partiya bütün səslərin 54,09%-ni əldə edib.

Partiyaya 1 117 480 seçici səs verib. 4 əsas müxalifət koalisiyası isə birlikdə 37,58% səs qazanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.