Gürcüstan

Gürcüstanda çevriliş hazırlanır?

25 May 2010 18:47
Baxış: 255
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yerli mətbuatın yazdığına görə, müxalifətçi "Qələbə uğrunda" partiyasının lideri Şalva Xaçapuridze bildirib ki, çevriliş planı daxili işlər naziri Vano Merabişvili tərəfindən hazırlanır. O, mayın 30-da yerli özünüidarəetmə orqanlarına keçiriləcək seçkidən sonra işə düşəcək. "Çevrilişin 2011-ci il yanvarın 1-dək reallaşdırılması nəzərdə tutulub", - deyə Xaçapuridze bildirib: "Daxili işlər nazirinin rəhbərlik etdiyi qrup belə qənaətə gəlib ki, Saakaşvili ilə birlikdə olmaları onlar üçün təhlükəlidir. Bu üzdən onlar qarşıdakı bir neçə ayda yeni siyasi qüvvə kimi meydana çıxaraq, onu devirməyi planlaşdırırlar".

Müxalifət lideri bu haqda məlumatları haradan əldə etdiyini açıqlamayıb.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.